Xəbər lenti

Əxlaqsız təkliflərə görə 100-dən çox iş yeri dəyişiblər - FOTOLAR
Ölkə11:52 06.08.2015

Əxlaqsız təkliflərə görə 100-dən çox iş yeri dəyişiblər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təxminən 4 il əvvəl Suriyada vətəndaş müharibəsindən qaçıb Türkiyəyə sığınan ailənin iki qızı əxlaqsız təklif aldıqları üçün 100-dən çox iş yeri dəyişiblər. 

Musavat.com-un məlumatına görə, anası, iki qardaşı ilə yaşayan iki bacı ofisiant, xadimə, saç ustası kimi işlərdə işəyiblər. Lilaf və Nadya adlı bacıların birinin 19, digərinin isə 20 yaşı var. Lilaf bildirib ki, 4 il əvvəl Türkiyənin Hatay rayonuna gəlib sonra Antaliyaya köçüblər. 

Antalıyada kirayə qaldığını bildirən gənc qız işlədiyi hər yerdə müdir və işçilər tərəfindən əxlaqsız təkliflər aldıqlarını qeyd edib: “İşə yeni girəndə “qızım” deyərək yaxınlaşırdılar. Sonra isə “Əlini tuta bilərəm?”, “Çox gözəlsən”, “Öpə bilərəm?” kimi sözlərlə qarşılaşdım. Pul qarşılığında cinsi əlaqə təklif edənlər də oldu”. 

Gənc xanım bildirib ki, təkliflər bəzən müdirlər, bəzən işçilər, bəzən də müştərilər tərəfindən edilib: "İstəklərini rədd edib işdən çıxanda da işlədiyim əməkhaqqını ala bilmirdim". 

Lilaf bildirib ki, əxlaqsız təklif edənlərin əksəriyyəti 50-60 yaşlı adamlar olub.  Suriyada döymə öyrəndiyini deyən qız bildirib ki, indi evdə bu işlə məşğuldur və pulu bu sənətlə qazanır. 

Qaynar.info