Xəbər lenti

Əyalətlərdə pivə satışına qadağa qoymamaq tövsiyə edildi
Ölkə09:30 15.04.2020

Əyalətlərdə pivə satışına qadağa qoymamaq tövsiyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federal Antiinhisar Xidməti regional rəhbərliklərə alkoqol, o cümlədən pivənin pərakəndə satışına məhdudiyyət qoyulmaması ilə bağlı tövsiyə edib. Qadağalar həm adi vətəndaşlara, həm də kiçik və orta sahibkarlığa mənfi təsir edə bilər.
Qaynarinfo xəbər verir ki, bundan əvvəl "Kommersant" qəzeti bir neçə bölgədə yerli rəhbərliyiin pivə dükanlarını bağlamağa başladığını bildirəndən sonra bu tövsiyə verilib. Beləliklə, məlum olub ki, Krımda, Orenburq və Lipetsk bölgələrində hökumət çəllək pivəsini tamamilə qadağan edib, digər bölgələrdə də belə qadağanın tətbiq edilməsi imkanları nəzərdən keçirilir. Restoran və barların fəaliyyətinə qadağa qoyulduğu bir şəraitdə mağazalar bir çox pivə istehsalçıları üçün yeganə paylama kanalına çevriliblər, - ekspertlər qeyd edib.
FAX həmçinin bu formatda pivə satışına qoyulan qadağaların son dərəcə mənfi nəticələrə səbəb ola biləcəyini düşünür. Bölgələrin vergi bazasının azaldılması ilə yanaşı, bu, spirtli içkilərin qanunsuz dövriyyəsinin stimullaşdırılmasına səbəb ola bilər. Həmçinin, bu cür qadağalarda FAX anti-monopoliya qanunlarının pozulmasının əlamətlərini görür.
Nəhayət, idarədən mağazaların sayının azaldılmasının sosial məsafə rejiminin hədəflərinə zidd olduğu bildirilib.
Qeyd edək ki, bundan bir qədər əvvəl Sənaye və Ticarət Nazirliyi də spirt satışına qoyulan məhdudiyyətlərə qarşı çıxış etmişdi. 
Alpər