Xəbər lenti

Eyyub Yaqubov: - "ÖLMƏMİŞƏM!"
Ölkə19:05 01.10.2013

Eyyub Yaqubov: - "ÖLMƏMİŞƏM!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün əməkdar artist Eyyub Yaqubovun ölüm xəbərləri medianın gündəminə gəldi. 

ANS PRESS-in məlumatına görə, ATV-nin “Ümid var” proqramında müğənni Eyyub Yaqubovun vəfat etdiyi barədə xəbər yayılıb. Müğənni ilə bağlı yayılan dəhşətli məlumatı dəqiqləşdirməyə çalışıblar.

Müğənni verilişə canlı telefonla qoşularaq xəbərlərin şayiə olduğunu deyib: “Bu xəbəri eşidib dəhşətə gəldim. Demək ki, bu həyatdan hər şey gözləmək olar. Çaş-baş qaldım... Bütün yaxınlar, dostlar, tanışlar zəng edib soruşurlar ki, bu nədir? Vallah deyirəm, bilmirəm hardan çıxıb bu xəbər. Hamı bilsin ki, sağ-salamatam, ölməmişəm, hər şey yaxşıdır."

Qaynar.info