Xəbər lenti

Əziz Əzizovla bağlı daha bir iddia
Ölkə07:47 17.03.2014

Əziz Əzizovla bağlı daha bir iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayon İcra Hakmiyyətinin başçısı Novruz şənlikləri ilə bağlı pul yığır

Bizimxeber.az-a daxil olan məlumata görə, iki gün əvvəl Cəlilabad rayon icra başçısı Əziz Əzizov öz yaxın adamlarına göstəriş verib ki, Novruz bayramının daha təmtəraqlı keçirilməsi üçün vəsait toplansın.

Məlumatda qeyd olunur ki, bütün idarə və müəssisə rəhbərləri ayrı-ayrılıqda bayram şənliyinin keçirilməsi üçün puı toplamağa başlayıblar. Üstəlik rayondakı sahibkarlar da pul 300 manat pul verməlidirlər.

Məlumatda deyilir ki, Əziz Əzizov eyni göstərişi yeni ildə də veribmiş. Buna etiraz edən sahibkarlara isə bildirilib ki, pulu verməsələr ciddi təzyiqlərlə üzləşmək məcburiyyətindı qalacaqlar.

Məlumat üçün bildirək ki, Əziz Əzizov prezidentin ciddi  və son xəbərdaqlığını alan icra başçılarındadır. Ötən il az qala vəzifəsini itirən Əziz Əzizov, görünür, hələ də sözünün  üstündə dayana bilmir.

Qaynar.info