Xəbər lenti

Facebook-da saxta profillər - SİYAHI
Ölkə09:21 11.11.2014

Facebook-da saxta profillər - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası facebook sosial şəbəkəsindəki saxta profillərlə bağlı məlumat yayıb.

Qaynar.info-nun TQDK-ya istinadla verdiyi məlumata görə, bildirilir ki, aparılan araşdırmalar zamanı facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi və həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirildiyi məlum olub. 

TQDK-dan bildirilir ki, Dövlət Komissiyasının (https://www.facebook.com/eTQDK?fref=nf) bundan başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Xahiş olunur ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz. 

Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5.Test tapşırıqları-TQDK

6.Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10.Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir.

Qaynar.info