
Sosial şəbəkə nəhəngi Facebook mobil peyk naviqasiya sistemini həyata keçirən İsrailin Waze xidmətini alır.
Qaynar.info-nun məlumatına görə, bu barədə "Calcalist" iqtisadiyyat qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, Facebook bu xidməti almaq üçün İsrailə 1 milyard dollara qədər məbləğ təklif edib. Açıqlamada tərəflər arasında görüşlərin hələ 6 ay əvvəl başladığı bildirilib.
Qeyd edək ki, Waze sistemindən 45 milyon insan yararlanır.
Qaynar.info