Son üç ildə 3 milyon amerikalı yeniyetmə ”Facebook” sosial şəbəkəsini tərk edib.
Anspress bu barədə “iStrategyLabs”ın tədqiqatına istinadən xəbər verir. Ekspertlər bildirir ki, 2011-ci ildən 2014-cü ilə kimi “Facebook” sosial şəbəkəsinin yaşı 13-17 arasında dəyişən istifadəçilərinin sayı 25,3% azalıb. Amma həmin müddət ərzində yaşı 55-dən yuxarı istifadəçilərin sayı isə 80,4% artıb.
“Facebook”da ən çox artım San-Fransiskoda (+148,6%), ən aşağı artım isə Hyustonda (+23,8%) müşahidə edilib.
Qaynar.info