Xəbər lenti

“Facebook”un "taxtı" əlindən alındı: Artıq ən dəyərli sosial şəbəkə deyil
Ölkə16:33 21.11.2017

“Facebook”un "taxtı" əlindən alındı: Artıq ən dəyərli sosial şəbəkə deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin sosial mesajlaşma və mobil sistemi "WeChat”ın sahibi "Tencent” firması "Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan "Tencent Holdings” "Facebook”u geridə qoyub.
Bununla da "Tencent” "Apple”, "Alphabet”, "Microfost” və "Amazon”dan sonra dünyada ən dəyərli 5-ci texnologiya şirkətinə çevrilib.
Qeyd edək ki, Çində aylıq 980 milyon fəal istifadəçisi olan "WeChat” həm "WhatsApp”, həm də "Facebook” kimi çalışır. Günlük 38 milyard mesajlaşma olur.
Qaynarinfo.Az