Avqustun 30-u gecə saatlarında aeroport yolunda baş verən qəzada dünyasını dəyişən Bakı Metropoliteninin işçisi Günay Məmmədova nişanlı olub. Onun dayısı qızı Səbinə Novruzovanın Anspress-ə verdiyi məlumata görə, gələn həftə Günayın toyu olacaqmış.
Hətta Güayın kəbini də kəsilibmiş. Hər kəsin gülərüz, həyat dolu bir xanım kimi tanıdığı Günay Məmmədova Bakı Metropoliteninin “Gənclik” metrosunda qatarları qəbul edib yola salan növbətçi işləyirdi.
1991-ci il təvəllüdlü Günay Məmmədova Qaraçuxur qəbirisanlığında dəfn olunub. Bu gün Günay Məmmədovanın Ramanı qəsəbəsində 3 mərasimi keçiriləcək.
Qeyd edək ki, faciəli şəkildə ölən G.Məmmədova Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilib.
Qaynar.info

