Xəbər lenti

Fahişələrə müştəri tapan qadın tutuldu
Ölkə12:00 26.09.2013

Fahişələrə müştəri tapan qadın tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, gənc qadınları fahişəliyə cəlb edirmiş

Gəncədə həmcinslərini fahişəliyə cəlb edən qadın saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, 26 yaşlı İradə Quliyeva saxlanılıb. O, iki gənc qadını fahişəliyə cəlb etməkdə, eyni zamanda bu əməlləri törətmək üçün şərait yaratmaqda şübhəli bilinir.

Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, İradə pul müqabilində 18 yaşlı Elmira Cəfərovanı və 18 yaşlı Nərgiz Musayevanı müxtəlif vaxtlarda fahişəliyə cəlb edib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayyət işi başlanıb, araşdırma aparılır.


Qaynar.info