Xəbər lenti

Faiq Ağayev fırıldaqçıların qurbanı oldu
Ölkə15:45 31.03.2016

Faiq Ağayev fırıldaqçıların qurbanı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Faiq Ağayev cibgirlərin qurbanı olub. Xalq artisti bu barədə sosial şəbəkədə yazıb: 

"Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Az öncə telefonuma 0508569275 nömrəsindən zəng edən şəxs guya səhvən balansıma pul yüklədiyini söylədi. Baxdım ki, doğrudan telefonuma bu barədə SMS gəlib. Özünü Elvin kimi təqdim edən həmin əbləh rica etdi ki, ona həmin məbləğə ödəmə kartları alıb şifrələri SMS-lə göndərim. Heç bir hiylə hiss etmədən elə də etdim. Sən demə hesabıma pul yükləməsi haqda mənə gələn SMS-i göndərən mobil operator deyilmiş. Elə o aferistin özü imiş. Ehtiyatlı olun əzizlərim. Camaatın qəlbi təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın!".

Qaynar.info