Xəbər lenti

Fanat.Az 8-ə çatdı
Ölkə08:20 05.10.2016

Fanat.Az 8-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Fanat.Az-ın ad günüdü. 2008-ci ilin bu günündə fəaliyyətə başlayan sayt 8 yaşını qeyd edir.

Qaynarinfo.Az saytının kollektivi yarandığı gündən futbol fanatlarına xitab edən, onlar üçün tribunaya çevrilən Fanat.Az-ı təbrik edir və daha böyük uuğurlar arzulayır.

Qısa zamanda azarkeşlərin sevimlisinə çevrilən Fanat.az hər zaman futbolun ən böyük dəyəri olan fanatların yanında olub. Onların istəklərini, etirazlarını rəhbərlərin diqqətinə çatdırdıb, problemlərin aradan qalxması, Azərbaycan futbolunun inkişafı uğrunda mübarizə aparıb.

8 il uzun zaman olsa da, çox və son deyil. Qarşıda sağlam əqidəli idman jurnalistlərini mübarizələrlə dolu uzun illər gözləyir. Qarşıya qoyduğumuz bir çox hədəflərə çatsaq da, bir çoxları hələ də reallaşmamış qalıb. Mübarizə davam edir və Azərbaycan futbolunu istədiyimiz səviyyədə görənə qədər davam edəcək. Və inanırıq ki, haqq mübarizəsində dəyərli Fanat.az kollektivi ilə birgə addımlayacaq, . 

Yorulmayasız, DOSTLAR!

Qaynarinfo.Az