Xəbər lenti

Fatih Terimi ağlatdılar - FOTOLAR
İdman07:01 25.09.2013

Fatih Terimi ağlatdılar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qalatasaraylı azarkeşlər klubun baş məşqçisi Fatih Terimin ayrılmaq qərarından sonra klubun idarə heyətinin yerləşdiyi binanın önünə toplaşıblar.

Qaynar.info
xəbər verir ki, "Qalatasaray" klubunun rəhbərliyini istefaya çağıran azarkeşlərin qarşısına çıxan Terim onlara "Haqqınızı halal edin" deyib.

Terimin kədərli olduğu və ağladığı aydın görünürdü. Azarkeşlər də "Ağlama imperator" deyə qışqırıblar.

Terim azarkeşlərin getməsindən sonra polislə bərabər evinə gedib. Yolda da Terimin qarşısını kəsən azarkeşlər klub rəhbərliyi əleyhinə kəskin ittihamlar səsləndiriblər.

Qaynar.info