Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva 86 yaşında vəfat edib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1939-cu ildə Sabirabad rayonunda anadan olub.
2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Şərhlər