Xəbər lenti

Fazil Məmmədov yeznəsinə yeni vəzifə verdi
Ölkə08:33 12.02.2016

Fazil Məmmədov yeznəsinə yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib. Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar.
Azvision.az-ın əldə etdiyi məlumata görə, nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.
Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.
Qaynar.info