Xəbər lenti

Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı
Ölkə07:27 08.01.2018

Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb. 
Qaynarinfo xəbər verir ki, modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb. 
Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.
Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq  yerinə tezliklə yeni təyinat olacağı bildirilir.
Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.