Xəbər lenti

Fazil Mustafa: “Ərdoğan-Gülən davası pula görə başlayıb” - VİDEO
Ölkə12:13 25.08.2016

Fazil Mustafa: “Ərdoğan-Gülən davası pula görə başlayıb” - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fəthullah Gülən məktəblərinin Azərbaycana faydası olub"
2014-cü il dekabrın 17-də Türkiyədə “rüşvət əməliyyatı” ilə başlayan Ərdoğan-Gülən qarşıdurmasının kökündə maliyyə məsələsi durur. Bunu A24.Az-ın qonağı olmuş millət vəkili Fazil Mustafa bildirib. 
Millət vəkilinin sözlərinə görə, həmin vaxt mediyada rüşvət kimi təqdim olunan pullar əslində iqtisadiyyata yatırılması nəzərdə tutulan “amnistiya vəsaitləri” olub. Ərdoğanın təmsil olunduğu “Milli görüş”çülərlə Gülən camaatı arasında həmin vəsaitlərin ölkəyə qaytarılmasının variantları məsələsində fikir ayrılığı yaranıb.
Fazil Mustafa biıldirib ki, Qərbin əlində alət olan Gülən camaatı həmin pulların Türkiyəyə qərb bankları vasitəsi ilə yatırılmasını tələb edib. Lakin milliyyətçi olan “Milli görüş”çülər isə bunu türk banklarının vasitəsi ilə yatırmağa israr ediblər. Buna görə də Gülən camaatı Qərb kəşfiyyatının dəstəyi ilə öz hakimiyyət ortaqlarına qarşı ilk açıq hücuma başlayıblar.
Millət vəkili müsahibədə Fətullah Gülən icmasının Azərbaycan üçün gözlənilən təhlükələrindən də danışıb.
Qaynarinfo.Az