Xəbər lenti

Federasiya prezidenti çayda boğuldu
Ölkə06:02 09.07.2016

Federasiya prezidenti çayda boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın Martvili şəhərinin Qoçkadili kəndi ərazisində Abaşistskali çayında itkin düşmüş yeniyetmənin axtarışı zamanı dalğıc batıb.

"Qaynarinfo.Az "APA-ya istinadən bildirir ki, hadisə yerində işləyən xilasedicilər bildiriblər ki, boğulan dalğıc Milli Dalğıclar Federasiyasının prezidenti Elqudca Camrişvilidir.

Onun meyidini sudan çıxarmaq mümkün olmayıb. Dalğıcın və yeniyetmənin axtarışları davam edir.

Hava şəraiti ilə əlaqədar axtarış işləri çətin gedir.

Qaynarinfo.Az