Xəbər lenti

Fərhad Əliyevin ailəsində faciə
Ölkə09:55 20.01.2015

Fərhad Əliyevin ailəsində faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə ağır itki üz verib. 
Axar.az xəbər verir ki, keçmiş nazirin qardaşı Sudeyif Əliyev ürəktutmasından vəfat edib.
 
Sudeyif Əliyev uzun müddət ürək ağrısından əziyyət çəkib. Yerli sakinlərin verdiyi məlumata görə, ötən gün Südeyif Əliyev yaxın dostu olduğu bildirilən ANS Şirkətlər Qrupunun rəhbəri Vaqif Mustafayevin "20 Yanvar" filminin təqdimatında iştirak etmək üçün Bakıya gəlib və mərasimdə olub. Onun vəziyyətinin filmdən sonra ağırlaşdığı bildirilir. Hazırda kənd camaatı S.Əliyevin nəşinin kəndə gətirilməsini gözləyir. 
Qeyd edək ki, Sudeyif Əliyev 1969-cu ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışırdı.
Qaynar.info