Xəbər lenti

Fərhad Əliyevin təyinatı xəbərinə reaksiya
Ölkə07:02 08.10.2017

Fərhad Əliyevin təyinatı xəbərinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl mediada Fəhrhad Əliyevin Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı dərc olunan xəbərlərə rəsmi reaksiya verilib.

STP-nin mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumata görə, mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. 

"Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanıb".

Qaynarinfo.Az