Xəbər lenti

“Fərhad Xəlilov 35 ildir ki...” – Cümşid İbrahimli yeni seçkilərin keçirilməsini tələb edir
Ölkə07:31 04.05.2023

“Fərhad Xəlilov 35 ildir ki...” – Cümşid İbrahimli yeni seçkilərin keçirilməsini tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xalq rəssamı Fərhad Xəlilov Rəssamlar İttifaqının nizamnaməsini pozub”.
Bunu Qaynarinfo-ya açıqlamasında rəssam Cümşüd İbrahimli deyib. O bildirib ki, Rəssamlar İttifaqının nizamnaməsinə görə, bir şəxs ardıcıl olaraq yalnız iki dəfə sədr seçilə bilər:
"Fərhad Xəlilov isə 35 ildir ki, İttifaqın sədridir. Nizamnamənin 3-cü bəndində göstərilir ki, sədr iki dəfə seçilə birlər. Fərhad Xəlilov isə 35 il sədr seçildiyinə görə ittifaqda fironluq edir”.
Cümşüd İbrahimli bunu rəssamların hüquqlarının pozulması kimi qiymətləndirir:
"Bəzi rəssamlar mütidirlər, qorxurlar, mən isə qorxmuram, sözümü deyirəm. Elə buna görə də bu günə kimi məni görməməzlikdən gəlirlər”. 
Bahar Rüstəmli