Xəbər lenti

Fərid Şahbazlı Türkiyədə magistraturaya qəbul olundu
Ölkə08:48 18.09.2014

Fərid Şahbazlı Türkiyədə magistraturaya qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı təhsilini magistratura pilləsində davam etdirəcək

Birlik sədri magistr olaraq Türkiyənin İstanbul Aydın Universitetinin "Halkla İlişkiler ve Tanıtım" ixtisasında təhsil alacaq.

Qeyd edək ki, Fərid Şahbazlı 1998-2009-cu illərdə Səbail rayonu 7 saylı orta ümumtəhsil pilot məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə 2 il 7 saylı orta ümumtəhsil pilot məktəbinin Şagird Parlamentinin sədri olub. Məktəb illərində dəfələrlə müxtəlif dövlət qurumları və QHT-lər tərəfindən Fəxri Fərmanlarla təltif edilib.

2009-2013-cü illərdə Odlar Yurdu Universitetində (OYU) jurnalistika ixtisasında bakalavr təhsili alıb və universiteti Fərqlənmə diplomu ilə bitirib. Universitetin ilk ilindən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü olub, daha sonra ictimai fəaliyyətini universitetin Tələbə-Elmi Cəmiyyətinin sədri kimi davam etdirib. Universitet illərində iki il ard-arda fəal tələbə kimi OYU-nun Fəxri Fərmanı ilə təltif edilib. 

2011-ci ildən etibarən “Gənc Liderlər” Uşaq Təşkilatının bazasında yaradılan və dövlət qeydiyyatına alınmış “İslahatçı Gənclər” İctimai Birliyinin sədridir.

2009-2012-ci illərdə Qaynar.info portalına rəhbərlik edib. Hazırda Editor.az informasiya portalının baş redaktorudur.

Qaynar.info