Xəbər lenti

Fətullah Gülənin yeni fotosu müzakirələrə səbəb oldu - VİDEO
Ölkə06:41 28.01.2014

Fətullah Gülənin yeni fotosu müzakirələrə səbəb oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədəki "Gülen camaatı”nın lideri 16 illik fasilədən sonra müsahibə verib

Türkiyədəki "Gülen camaatı”nın lideri Fətullah Gülən ötən gün 16 illik fasilədən sonra BBC kanalına müsahibə verib. ANS PRESS-in məlumatına görə, şəxsi həkimi də səhhətində bəzi problemləri olan Gülenin yanında olub.

Müayinə zamanı çəkilmiş bir foto şəkil isə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Belə ki, həkimi Fethullah Gülenin təzyiqi pencəyinin üstündən ölçüb.

Bəzi mütəxəssislər bunun doğru olmadığını, səhhətində bu cür problemləri olan birinin təzyiqini ölçmək üçün dəqiq göstəricilərə ehtiyac olduğunu deyib.

Qaynar.info