Xəbər lenti

Fevralda neçə gün evdəyik?
Ölkə 10:44 02.02.2026

Fevralda neçə gün evdəyik?

Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib.

Qaynarinfo xəbər verir ki, fevralda yalnız həftəsonları (şənbə və bazar günləri) qeyri-iş günləri sayılır.

Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-cı il tarixində başlayacaq və 19 martda başa çatacaq.
--> -->