Xəbər lenti

Fəvvarələr meydanındakı restoranlar sökülür - FOTO
Ölkə07:14 10.06.2013

Fəvvarələr meydanındakı restoranlar sökülür - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Fəvvarələr meydanında yerləşən məşhur restoranlar, kafelər, fast-foodların qarşısındakı hissələr sökülüb. 

Milli.az-ın məlumatına görə, restoranlar tərəfindən quraşdırılan çətirlər, otaqlar, oturacaqlar yığışdırılıb.

“Şaurma”, “Mado”, “All chicken” restoranları bu sıraya daxildir. Restoranlar da əlavə istifadə etdikləri ərazinin söküldüyünü təsdiqləyiblər. Ancaq bunun obyektin fəaliyyəti ilə hər hansı bağlılığının olmadığı deyilib.

Restoranların yerləşdiyi Nəsimi və Səbail Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, həmin obyektlər qeyri-qanuni olaraq kənarda ərazini zəbt etmişdilər. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları bunun qarşısını alıb.

Qaynar.info