Xəbər lenti

Fəvvarələr meydanını işıqsız qoyan şəxs həbs olundu
Ölkə10:31 24.05.2023

Fəvvarələr meydanını işıqsız qoyan şəxs həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayonu, Fəvvarələr meydanın işıqlandırılması üçün istifadə olunan stablizator oğurlanıb. 
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1988-ci ildə Kürdəmir rayonunun, Cəyli kəndində anadan olmuş Vüsal (şərti) saxlanılıb və məhkəmənin qərarı ilə ona 25 günlük həbs cəzası verilib. 
O, izahatında bildirib ki, yolla gedərkən Fəvvarələr meydanında təsadüfən qutu görüb və içkili vəziyyətdə olduğu üçün onu götürərək, dənizə atıb. Vüsal qutunun içində nə olduğunu bilmədiyini, əməlindən peşman olduğunu, barəsində yüngül cəza seçilməsini xahiş edib.
Əhməd