Xəbər lenti

FHN ağır çəkili qadını necə xilas etdi?
Ölkə07:11 25.08.2014

FHN ağır çəkili qadını necə xilas etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda xilasedicilər ağır çəkili qadını 5-ci mərtəbədəki mənzilindən endirməyə kömək edib.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yaşadığı mənzildə xəstə vəziyyətdə olan 1949-cu il təvəllüdlü qadının xəstəxanaya aparılması üçün xilasedici köməyinə ehtiyac yaranıb.

Xilasedicilər ağır çəkili qadını beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildən xərəkdə endirərək Təcili Tibbi Yardım Stansiyasının avtomobilinə yerləşdiriblər.

Qaynar.info