Xəbər lenti

FHN-dən 3 nəfərin öldüyü qəza barədə AÇIQLAMA
Ölkə12:40 05.01.2014

FHN-dən 3 nəfərin öldüyü qəza barədə AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəzada “VAZ” markalı minik avtomobili və “MERCEDES-BENZ” markalı yük avtomobili toqquşub

Fövqəladə Hallar nazirliyi Lənkəranda 3 nəfərin faciəvi şəkildə ölməsi ilə nəticələnən qəza barədə açıqlama verib. 

ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi”nə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Qumbaşı kəndində “VAZ” markalı minik avtomobili və “MERCEDES-BENZ” markalı yük avtomobili toqquşub. 

Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1971-ci il təvəllüdlü Həsənov Fuad Tofiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Əməliyyat saat 11:00-da başa çatıb.

Qaynar.info