Xəbər lenti

FHN-dən Ağ Şəhərdəki yanğınla bağlı açıqlama (YENİLƏNİB)
Ölkə14:37 27.04.2016

FHN-dən Ağ Şəhərdəki yanğınla bağlı açıqlama (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonunda tikilməkdə olan binaların birində yanğın hadisəsi baş verib.

Qaynarinfo.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın Ağ Şəhər layihəsi üzrə tikilən binaların birində baş verib.

Yanğının hansı səbəbdəb baş verməsi məlum deyil. Yanğının miqyası getdikcə artır. Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə yerinən çəkilmiş fotoları təqdim edirik.

* * *

Artıq Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı açıqlama verib:

"Bakı şəhəri, Xətai rayonunda, Ağ şəhərin ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində neft qalıqlarına hopmuş məişət tullantıları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb".

Qaynarinfo.az