Xəbər lenti

FHN-dən Bakıdakı yanğınla bağlı açıqlama
Ölkə18:43 20.04.2015

FHN-dən Bakıdakı yanğınla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi Bakıda 9 avtomobilin yanması ilə bağlı məlumat yayıb. 
Qaynar.info nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən taxta konstruksiyalardan ibarət ümumi sahəsi 400 kv.m olan mebel sexi  və sexin ərazisində “TELEKOM-PLUS” AzTelia şirkətinə məxsus 1 ədəd “CHEVROLET”, 1 ədəd  “TOYOTA”, 2 ədəd “MİTSUBİSHİ” markalı minik və “ZİL” markalı yük avtomobili, 1 ədəd “FORD” markalı mikroavtobus, “ISUZU  ” və “MAZ” markalı qaldırıcı kranlar, “FORD ” markalı minik avtomobilinin qabaq farası və qapısı qismən , “HYUNDAI ” markalı yük avtomobilinin bir tərəfi və arxa buferi yanıb. Yanğın zamanı yaxınlıqda olan ümumi sahəsi 50 kv.m olan yarımstansiyanın şiti və kabelləri yüksək temperaturdan əriyib. Yanğından yaxınlıqdakı 10 ədəd avtomobil mühafizə olunub. 
Yanğın saat 17.02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info