
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Qaradağ rayonunda yerləşən “Meyvəli” bazasında bu gün axşam saatlarında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Qaynar.info-nun FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində “Meyvəli” bazasına məxsus talvarın alkopan üzlüyü 3kv.m sahədə yanıb.
Talvarın qalan hissəsi yanğından mühafizə olunub.