Xəbər lenti

FHN-dən Sumqayıtda yanan yataqxana binası ilə bağlı açıqlama
Ölkə17:03 06.08.2017

FHN-dən Sumqayıtda yanan yataqxana binası ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırıb.

"Qaynarinfo"nun məlumatına görə, FHN-nin mətbuat ximdətinin rəhbəri Oqtay Bayramov AzVision.az-a bildirib ki, sakinlər üçün 30 çadır quraşdırılıb.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.

Qaynarinfo.Az