
Yanğınsöndürənlər Binədəki yanğının qarşısını dərhal alıblar
Binə ticarət mərkəzində baş verən yanğının səbəbləri məlum olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilnə məlumata görə, yanğın ticarət mərkəzində mağazaların birində qeydə alınıb.
Yanğın mağazadakı elektrik naqillərində yaranan qısaqapanma zamanı olub. Haisə zamanı tüstüləmə olub. Hadisə yerinə çağırılan yanğınsöndürənlər təcili olaraq yanğının qarşısını alıblar.
Hadisə zamanı heç kim xəsarət alan olmayıb.
Qaynar.info