Xəbər lenti

FHN əməkdaşı kanalizasiyaya düşən şəxsi xilas etmək istəyərkən öldü
Ölkə13:12 18.07.2017

FHN əməkdaşı kanalizasiyaya düşən şəxsi xilas etmək istəyərkən öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

"Qaynarinfo" FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.   

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Qaynarinfo.Az