Xəbər lenti

FHN əməkdaşını avtomobil vuraraq öldürdü
Ölkə16:01 07.03.2024

FHN əməkdaşını avtomobil vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un  məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.
Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.
Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.