Xəbər lenti

FHN əməliyyat-xilasetmə görüntülərini yaydı (VİDEO)
Ölkə10:42 23.04.2022

FHN əməliyyat-xilasetmə görüntülərini yaydı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Qaynarinfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd edən 1 nəfər və Sabirabad rayonunun Qalağayın kəndində "КамАЗ” markalı yük avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunub.
<iframe width="734" height="368" src="https://www.youtube.com/embed/EoL3g6kt_ks" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">