Xəbər lenti

FHN-in mətbuat katibi vəzifədən getdi
Ölkə10:45 22.10.2017

FHN-in mətbuat katibi vəzifədən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.  

"Qaynarinfo" xəbər verir ki, bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.

O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib:

"Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin".

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.

Qaynarinfo.Az