
Yağış nəticəsində Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.
Qaynar.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ötən axşam hadisə yerinə xilasedicilər cəlb edib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb. Əməliyyat saat 06:40-da başa çatıb.
Qaynar.info