İyulun 3-də Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik İdarəsinin baş zabiti ağır yol qəzasına düşərək həlak olub.
AzNews.az-ın məlumatına görə, FHN-nin yüksək rütbəli əməkdaşı Ruslan Quliyev dünən gecə saatlarında evinə gedərkən mindiyi taksi qəzaya uğrayıb.
Məlumatda bildirilir ki, R.Quliyev taksi sürücüsünü sükan arxasında yuxulayıb. Nəticədə maşın qarşıdan gələn “KAMAZ” markalı yük maşınının altında girib. Taksi sürücüsü və onun sərnişini R.Quliyev hadisə yerindəcə keçinib.