
Gürcüstanda kişilər arasında Grappling üzrə keçirilən Dünya oyunlarında həmyerlimiz Fövqaladə Hallar Nazirliyi Akademiyasının maqistri Leytenant Ülvi Sadıqzadə 1-ci yerə laiq görülmüşdür.
Qaynarinfo.az xəbər verir ki, bu yarışmada dünyanın 28 ölkəsinin idmançıları iştirak etmişdir. Həmyerlimiz Ülvi Sadıqzadə bütün görüşləri təmiz qələbə ilə başa vurub. Həlledici görüşdə isə gürcüstanlı rəqibini son saniyələrdə ağrı verici fənd ilə məğlub etmişdir. Bununla da həmyerlimiz Azərbaycan bayrağını ucaldaraq, himnimizi səsləndirmişdir.
Qaynarinfo.az



