Xəbər lenti

FHN Oğuzdakı baş verən meşə yanğını ilə bağlı məlumat yaydı (VİDEO)
Ölkə13:50 03.04.2022

FHN Oğuzdakı baş verən meşə yanğını ilə bağlı məlumat yaydı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos, quru ot və meyvə ağacları yanır. Yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/if_oJEXqQy8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">