Xəbər lenti

FHN qadağa qoydu
Ölkə07:52 22.01.2014

FHN qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dəm qazından ölüm hadisələri ilə bağlı məlumatların açıqlanmasına qadağa qoyulub”. 

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. 

O deyib ki, dəm qazından ölüm hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ayrı-ayrılıqda yaydığı məlumatlarda üst-üstə düşməyən məqamlar ortaya çıxır. Bu da qurumlar arasında bəzi problemlər yaradır: “Bəzi hallarda biz vətəndaşın dəm qazından dünyasını dəyişdiyini bildirsək də, FHN-nin apardığı araşdırmalarda bunun bəzən zorakılıq hadisəsi nəticəsində baş verdiyi məlum olur. Ona görə də bizə bu cür statistikanın açıqlanması icazə verilmədi”. 

Qaynar.info