Xəbər lenti

FHN: "Sosial şəbəkələrdə yayılan "məktub" saxtadır" (FOTO)
Ölkə07:17 04.04.2023

FHN: "Sosial şəbəkələrdə yayılan "məktub" saxtadır" (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.
"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - FHN-dən qeyd edilib.