Xəbər lenti

FHN təkzib etmişdi, 27 gün sonra təsdiqləndi
Ölkə16:01 25.12.2025

FHN təkzib etmişdi, 27 gün sonra təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) Əsaslı Tikinti İdarəsi təkzib etdiyi xəbərimizi 27 gün sonra təsdiqləyib. 
Bu ilin noyabr ayının 27-də Qaynarinfo-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə Ruslan Vaqif oğlu Səlimovun rəis təyin edilməsi ilə bağlı xəbər dərc olunub.
Xəbərdə qeyd edilirdi ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Ruslan Səlimov sözügedən quruma rəis təyin olunub. 
Səbuhi Ağayevin rəhbərlik etdiyi FHN-nin İctimaiyyətlə əlaqələr idarəsi mətbuata aşıqlamasında xəbəri təkzib etmişdi. 
Amma bu gün, aradan 27 gün sonra, FHN-nin rəsmi saytında Ruslan Vaqif oğlu Səlimovun Əsaslı Tikinti İdarəsinin rəisi olduğu qeyd edilib. 
Qeyd edək ki, bu idarə artıq neçənci dəfədir ki, Qaynarinfo-nun xəbərlərini məqsədli şəkildə təkzib edərək ictimaiyyəti çaşdırmağa çalışır. 
Aydın