
ABŞ-nin sorğusuna əsasən Beynəlxalq Futbol Federasiyasındakı (FIFA) korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa - İnterpola verilib.
Anspress-in məlumatına görə, onlar korrupsiya və reketçilikdə ittiham olunurlar.
Onların sırasında FİFA-nın keçmiş vitse-prezidenti, trinidadlı Jack Warnerlə icra kommitəsinin Paraqvaydan olan keçmiş üzvü Nicolas Leoz də var.
Qalan 4 nəfər isə argentinalı Alejandro Burzaco, Hugo və Mariano Jinkis qardaşları və Braziliyadan olan yayımın icraçı direktoru Jose Marguliesdir.
Xatırladaq ki, bu il mayın 27-də Sürixdə Beynəlxalq Futbol Federasiyasının (FİFA) bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı da var.
Qaynar.info