Xəbər lenti

FİFA-nın sabiq rəhbəri öldü - Sətəlcəmdən
İdman13:50 16.08.2016

FİFA-nın sabiq rəhbəri öldü - Sətəlcəmdən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA-nın sabiq prezidenti Juan Avilanji vəfat edib. 

Qaynarinfo.Az xəbər verir ki, o, 100 yaşında dünyasını dəyişib.

2014-cü ilin iyun və 2015-ci ilin noyabr aylarında nəfəs borularında problem yarandığı üçün bir neçə gün həkim nəzarətində qalan Avilanji ötən ay sətəlcəm xəstəliyi səbəbindən Rio-de-Janeyrodakı eyni xəstəxanaya aparılıb. O, korrupsiya qalmaqalına görə, 2013-cü ildə FİFA-nın fəxri-prezidentliyindən ayrılmışdı.

Qeyd edək ki, Juan Avilanji 1974-1998-ci illərdə ali futbol qurumuna rəhbərlik edib. O eyni zamanda Braziliyanın su polosu üzrə yığma komandasının heyətində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib. Avilanji karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsinin, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.

Qaynarinfo.Az