Xəbər lenti

Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət edəcək
Ölkə11:37 14.09.2016

Fikrət Fərəməzoğlu Avropa Məhkəməsinə müraciət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Appelyasiya Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxılıb. Bu məlumatı Qaynarinfo.Az-a vəkil Elçin Sadıqov verib. 

Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Apellyasiya şikayəti təmin olunmadı və Nərimanov rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıldı. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik".

Qızılgül

Qaynarinfo.Az