
Ombudsman Aparatı iyunun 30-da həbs olunmuş "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərib.
Bu barədə məlumatı "Qaynarinfo.Az" saytına Ombudsman Aparatının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Heydərov verib.
V.Heydərov bildirib ki, müraciətə hələ ki cavab verilməyib.Hüquq müdafiəçisi Novella Cəfəroğlu da "Qaynarinfo.Az"-a bildiib ki, Fikrət Fərəməzoğlu ilə bağlı müvafiq orqanlara müraciət etmək cəhdləri baş tutmayıb:"Onlar məzuniyyətdə olduğu üçün, avqustun 15-dən sonra müraciət edəcəyik".
Qeyd edək ki, Fikrət Fərəməzoğlu iyunun 30-da həbs olunub və həmin vaxtdan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) saxlanılır.
Qızılgül
Qaynarinfo.Az