Xəbər lenti

Fikrət Məmmədov hakimi işdən qovdu - ÖZƏL
Ölkə11:56 28.10.2013

Fikrət Məmmədov hakimi işdən qovdu - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev işdən çıxarılıb.

Bu barədə Qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub. Mənbənin sözlərinə görə, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi Məhkəmə-Hüquq Şurasının iclası keçirilib 

İclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılmış, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Xatırladaq ki, Həsən Əliyevin adı böyük korruspsiya qalmaqalında hallanırdı.

Elkin Xəlilov

Qaynar.info