Xəbər lenti

Fikrət Məmmədov yeni rəis təyin etdi
Ölkə17:42 27.09.2019

Fikrət Məmmədov yeni rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına yeni rəis təyin olunub. 
Qaynarinfo-nun verdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təcridxanaya rəis təyin olunub. 
Qeyd edək ki, A. Quliyev daha öncə məntəqə tipli cəzaçəkmə müəssəsinin rəisi vəzifəsində çalışıb. 2 saylı istintaq təcridxanasının əvvəlki rəisi ədliyyə polkovniki Ruslan Rəsulov olub.